Dünya futbolu

“Trabzonspor” ulduz futbolçuya yeni müqavilə təklif etmədi

“Trabzonspor” ulduz futbolçusu Marek Hamsikə yeni müqavilə təklif etməyib.

İdmanxeber.az-ın məlumatına görə, Trabzon təmsilçisi cari mövsümdə tez-tez zədələnən v buna görə də komandaya heçcür kömək edə bilməyən 35 yaşlı slovakiyalıya yeni müqavilə təklif etmək niyyətində deyil.

Yayda Superliqa təmsilçisi ilə müqaviləsi başa çatacaq təcrübəli yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirmək niyyətindədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43