07 İyul 2026
Ölkə futbolu

“Turan Tovuz”da yeni təyinat

Ehtiram Quliyev “Turan Tovuz Peşəkar Futbol Klubu” İctimai Birliyinin  İdarə Heyətinin sədri seçilib. 

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 11 fevral 2023-cü il tarixdə Ehtiram Quliyevin təsisçisi və direktoru olduğu “Huner Group” klubun baş sponsoru olub.

Qeyd edək ki, “Turan Tovuza” ötən mövsüm Misli Premyer Liqasını 39 xalla 6-cı pillədə başa vurub.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43