07 İyul 2026
Dünya futbolu

Musa Qurbanlının komandası qalib gəldi -YENİLƏNİB

Bu gün İsveç çempionatında 14-cü turun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisinin hücumçusu Musa Qurbanlının transfer olduğu “Yurqorden” səfərdə “Varnamo” ilə qarşılaşıb.

Qurbanlı bu oyunda meydanda olmayıb. Onun 15-ci turda “Malmö” ilə görüşdə debüt edəcəyi gözlənilir.

Görüş “Yurqorden”in 2:1 hesablı qələbəsi ilə sona çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43