Ölkə futbolu

Türkiyə mətbuatı yenə Mustafa Dənizlidən yazdı – FOTO

"Xəzər Lənkəran"ın Mustafa Dənizlini baş məşqçi postuna gətirməsi Türkiyə mətbuatının gündəmindən düşmür.

Qardaş ölkənin "Milliyet" qəzeti Dənizlinin "İnter"lə Premyer Liqada debüt oyunundan yazıb:

"Azərbaycan Premyer Liqasında mübarizə aparan Mustafa Dənizlinin komandası "Xəzər Lənkəran", səfərdə "İnter" ilə bərabərə qalıb – 0:0.

"Şəfa" stadionunda oynanılan qarşılaşmada hər iki komanda qol imkanlarını boşa verərək, meydandan 1 xalla ayrılıblar.

Toşakdan boşalan baş məşqçi vəzifəsinə gətirilən Mustafa Dənizlinin komandası "Xəzər Lənkəran" , səfərdə oynamasına baxmayaraq rəqibi qarşısında üstünlük qurub.

Lənkəran komandasının azarkeşləri, Dənizlinin meydana çıxmasının ardından alqışlayaraq onu salamlayıblar".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43