Kateqoriyasız

UEFA Bakıda seminar keçirəcək

Bakıda UEFA-nın təşkilatçılığı ilə məşqçi təlimatçılarının inkişaf seminarı keçiriləcək.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, aprelin 25-də başlayacaq seminar 3 gün davam edəcək.

Toplantıda Albaniya, Belarus, Farer adaları, Cəbəllütariq, Moldova, San Marino və Uelsdən olan təlimatçılar iştirak edəcək.

UEFA-nın Grassroots mentoru Les Hovienin keçirəcəyi seminara UEFA nümayəndələri Genadi Skurtul və Tibor Sisa rəhbərlik edəcək.

Seminarda AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, məşqçi tədris şöbəsinin müdiri Aslan Kərimov və təlimatçılar iştirak edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43