UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan “Napoli”yə xəbərdarlıq edilib.
İdmanxeber.az xəbər verir ki, buna səbəb italyan klubunun PSV ilə 4-cü tur oyununda (2:6) əxlaq davranışı qaydalarını pozmasıdır. Xüsusilə baş məşqçi Antonio Kontenin qayda pozuntularına yol verdiyi bildirilib.
“Qarabağ” – “Napoli” qarşılaşması noyabrın 26-da İtaliyada, Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.

