Andrey Saxneviç karyerasını “Xəzər Lənkəran”da davam etdirə bilər.
Bu barədə idmanxeber.com-a açıqlamasında klubun baş məşqçisi Elbrus Məmmədov məlumat verib.
Çalışdırıcı 26 yaşlı ukraynalı futbolçunu bəyəndiyini və onunla bağlı düşüncələrini rəhbərliyə bildirib. Rəhbərlik də öz növbəsində “solaxay” futbolçuya komandada mövsümün sonuna qədər qalmağı təklif edib. Transferin rəsmiləşməsini komandaya qoyulan transfer qadağası əngəlləyir. Məhkəmə XL lehinə qərar versə o zaman Saxneviçlə müqavilə rəsmiləşdiriləcək.

