Ölkə futbolu

“Xəzər Lənkəran” transfer çalışmalarına indidən başladı: Yunis Hüseynov bu ölkələrdən Cənuba futbolçu gətirəcək – EKSKLÜZİV

“Xəzər Lənkəran” 2015-2016 mövsümünə daha iddialı başlamaq istəyir.

İdmanxeber.com-un etibarlı mənbədən aldığı məlumata görə Cənub komandası transfer çalışmalarına artıq indidən start verib. Buna görə də komandanın idman direktoru Yunis Hüseynov Afrikaya yollanacaq. Hüseynov burada 21 yaşlılardan ibarət millilər arasında keçiriləcək oyunları izləyəcək və futbolçu seçəcək. Hüseynov Qana və Seneqaldan onlara təklif olunan 4-5 gənc futbolçunun oyununu izləyəcək. 

Bundan əlavə “Xəzər Lənkəran” Avropada da futbolçu axtarışına çıxacaq. “Ağ-yaşıllar”ın transfer çalışmalarının Portuqaliyada da davam etdirilməsi gözlənilir. 

“Xəzər Lənkəran” bütün mövqelərə futbolçu transfer edəcək. Yalnız qapıçı mövqeyinə isə hər hansı bir futbolçunun gətirilməsi gündəmdə deyil. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43