Müsahibə

“Xəzər Lənkəran”la oyunda da Stamenkoviç belə hərəkət etmişdi” – MÜSAHİBƏ

“Qarabağ”ın futbolçusu Qara Qarayevin idmanxeber.com saytına müsahibəsi

– “Neftçi” üzərində inamlı qələbə qazandınız və lider
oldunuz. Oyunun ən yaxşılarından idin. Bu oyunla bağlı nə deyərdin?

“Neftçi” ilə oyuna ciddi hazırlaşmışdıq ki, bu matçda
qalib gəlib lider olaq. Şükürlər olsun ki, gözəl oyunla 3 xal qazanıb birinci
pilləyə yüksəldik. 

– İlk hissədə tez-tez hakimin qərarlarına etiraz edirdiz.

Bu oyunun gərginliyindən irəli gəlir. Çünki heç kim istəmir ki,
uduzsun. Adi bir epizodda istər-istəməz reaksiya verirsən. Hakim məncə oyunu
yaxşı idarə etdi. 

– Hesab 1:0 xeyrinizə ikən bir neçə qol imkanını sağa-sola
xərclədiniz. Nəticədə “Neftçi” hesabı bərabərləşdirdi. Həmin an da
qələbənin əldən getdiyini düşünürdüzmü?

“Neftçi” hədiyyə komanda deyil. Bilirdik ki, onlar qol
buraxdıqdan sonra üstümüzə tez bir zamanda gələcəklər. Nəticədə biz əlimizə
düşən imkanları vura bilməyincə, onlar hesabı bərabərləşdirdilər. Yaxşı ki,
hesabı tez bir zamanda öz xeyrimizə dəyişə bildik. Əsas olan ikinci qolu vurmaq
idi ki, onu da bacardıq.

– Penalti epizodunda ara qarışdı. Həmin anı necə xatırlayırsan?

Hakim həmin epizoda çox yaxın idi və sarı kart verdi. Saşa
Stamenkoviçin isə hərəkəti yaxşı deyildi. Buna şərh vermək istəmirəm. Ancaq
Stamenkoviç etdiyi hərəkətin cavabını kartla aldı. Yadınızdadırsa “Xəzər
Lənkəran”la oyunda da Stamenkoviç belə etmişdi. Həmin hadisə burada
təkrarlandı və ona yaxşı ki, hakim sarı vərəqə verdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43