“Real”ın sabiq baş məşqçisi Zinəddin Zidanın İspaniyaya səfəri diqqət çəkib.
İdmanxeber.az-ın məlumatına görə, görüntülər sosial şəbəkələrdə yayılıb. Onun hansı məqsədlə Madridə getdiyi bəlli deyil.
Zidanın üçüncü dəfə “Real”a qayıdışı ehtimal edilir.
Fransalı mütəxəssis daha əvvəl 2016–2018 və 2019–2021-ci illərdə komandanı çalışdırıb və bu dövrdə 3 Çempionlar Liqası, 2 La Liqa, 2 İspaniya Superkuboku, UEFA Superkuboku və Klublararası dünya çempionluğunu qazanıb.

