06 İyun 2026
Ölkə futbolu

“Zirə” – “Neftçi” matçı öncəsi SON DURUM

Azərbaycan kubokunun 1/8 final mərhələsində “Zirə” doğma meydanda “Neftçi”ni qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, vacib görüş öncəsi “qartallar”da bir itki var. David Volkov zədə səbəbindən meydana çıxa bilməyəcək.

“Neftçi”də isə işlər qaydasındadır. Premyer Liqanın son turunda “Turan Tovuz”a qarşı görüşdə zədə səbəbindən heyətdə olmayan Elvin Camalov, Emil Səfərov və Sakonun durumları normaldır. Futbolçular komanda ilə son məşqdə iştirak ediblər.

Xatırladaq ki, “Zirə” – “Neftçi” matçı bu gün saat 19:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43