22 İyul 2026
Ölkə futbolu

“Zirə” – “Qəbələ” matçına doğru: İtkilər var 

Misli Premyer Liqasının 12-ci turunda “Qəbələ”ni qəbul edəcək “Zirə” oyuna itkilərlə  çıxacaq.

İdmanxeber.az-ın məlumatına görə, Abdul Aziz Batibiye və Davit Volkov zədə səbəbindən bu gün meydana çıxa bilməyəcək.

“Qəbələ”də isə cəmi bir itki var. Müdafiəçi Eduardo Kunde zədə səbəbindən oyunu buraxacaq.

“Zirə” – “Qəbələ” qarşılaşması noyabrın 22-də keçiriləcək. Matçın start fiti 17:30-da səsləndiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43