07 İyun 2026
Ölkə futbolu

“Zirə” qalib gəldi, ikinciliyi təmin etdi – YENİLƏNİB 

Bu gün Misli Premyer Liqasında 33-cü tura start verilib.

İdmanxeber.az xəbər verir ki, ilk matç günündə cəmi bir oyun keçirilib. “Zirə” “Turan Tovuz”u qəbul edib. Qəsəbə təmsilçisi bu oyunda qalib gələrək Premyer Liqada ikinciliyi təmin edib – 1:0.

Turun qalan matçları sabah və birigün keçiriləcək.

Misli Premyer Liqası
33-cü tur

2 may

20:00 “Zirə” – “Turan Tovuz” 1:0

Qol: Salifu Suma, 48

Qırmızı vərəqə: Qismət Alıyev, 58 (“Zirə”)

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Namiq Hüseynov, Əli Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Rüfər Əmirov.
Zirə İdman Kompleksinin stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43