Misli Premyer Liqasının VII turunun “Zirə” – “Neftçi” matçının gedişində xoşagəlməz hadisə baş verib.
İdmanxeber.az-ın Zirəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, görüşün ikinci hissəsində “Neftçi” azarkeşləri ilə polis arasında gərginlik yaşanıb. Nəticədə polis əməkdaşları “Forza Neftçi” azad azarkeş qrupunu stadiondan kənarlaşdırıb.
Qeyd edək ki, hazırda görüş heç-heçə (1:1) davam edir.

