Ölkə futbolu

“Zirə”dən iki transfer – FOTO

“Zirə” heyətini iki futbolçu ilə gücləndirib.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qəsəbə təmsilçisi Slavik Alxasov və Mirsayib Abbasovla anlaşıb.

Alxasovla 2, Mirsayiblə 1 illik müqavilə imzalanıb.

Mirsayib Abbasov 2018-2019-cu illərdə “Zirə”də forma geyinib. Sonradan isə o, “Səbail”ə yollanmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43