Kateqoriyasız

Prosineçki: “Futbolçularımla fəxr edirəm”

“Avro2016” seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Xorvatiya ilə qarşılaşdı.

İdmanxeber.com-un məlumatına görə, “Bakcell Arena”da keçən oyunda qalib müəyyən olmadı.

Oyundan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Robert Prosineçki bunları deyib:

“Mən öz oyunçularımla fəxr edirəm. Çünki, bu gün bizim rəqibimiz Avropada güclü komandalardan biri idi. Bu Azərbaycan futbolu üçün gözəl nəticə idi. İndi bizi qarşıda çətin Malta səfəri gözləyir. Fürsətdən istifadə edib azarkeşlərimizə də təşəkkür edirəm. Mənim oyunçularımda özünəinam qayıdıb. Xorvatiya İtaliya ilə oyunlardan başqa bütün matçlarda qələbə qazanmışdı”

Sonda Prosineçki  “Niyə hücumda Məhəmməd Qurbanov oynamırdı?” sualına cavab vermədi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43