Milli komanda

Coşqun Diniyev millimizə çağırıldı

Azərbaycan milli komandasının heyətinə yeni futbolçu çağırılıb.

İdmanxeber.az-ın AFFA-nın  saytına istinadən xəbər verir ki, “Sabah”ın üzvü Coşqun Diniyev millinin toplanışına dəvət olunub. Onun adı avqustun 27-də açıqlanmış heyətdə ehtiyat oyunçular arasında göstərilmişdi.

Xatırladaq ki, Azərbaycan yığması UEFA Millətlər Liqasında sentyabrın 5-də Bakıda Lüksemburq, sentyabrın 8-də isə səfərdə Kiprlə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43