Ölkə futbolu

“Qəbələ” millinin futbolçusunu transfer edir

Tacikistan millisinin və Qazaxıstanın “Jetisu” klubunun futbolçusu Davron Erqaşen karyerasını “Qəbələ”də davam etdirə bilər. Bu barədə açıqlamasında müdafiəçinin agenti məlumat verib.

“Erqaşev bu il Qazaxıstan çempionatında uğurla çıxış edib. O, “Jetısu”nun əsas heyətində möhkəmlənə bilib və bir neçə dəfə turun simvolik komandasına düşüb. Hazırda oyunçu ilə “Qəbələ” arasında danışıqlar gedir. “Jetısu” da Erqaşevlə müqaviləni uzatmaq niyyətindədir. Onunla “İrtış” da maraqlanır”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43