Ölkə futbolu

Skarlatake Avroliqanın bombardirləri sırasında

Avropa Liqasında birinci təsnifat mərhələsinin ilk oyunlarından sonra bombardirlər siyahısı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, siyahıya ilkin təsnifat mərhələsində dubla imza atan 21 oyunçu başçılıq edir.

Bombardirlər sırasında Bakı “İnter”inin futbolçusu Adrian Skarlatake də yer alıb. O, dünən Serbiyanın “Mladost” klubu ilə səfər görüşündə 2 qol vurub.

Qeyd edək ki, “Mladost” – “İnter” matçı Bakı klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43