22 İyul 2026
Dünya futbolu

Ərəblərdən “Mançester Siti”nin ulduzuna sərvət

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, klub futbolçuya illik 40 milyon funt-sterlinq (46,8 milyon avro) maaşla müqavilə təklif etməyə hazırdır.

“Şəhərlilər” də 28 yaşlı oyunçu ilə sözləşmə uzatmaq istəyir. Silvanın özü isə hələ ki, gələcəyi ilə bağlı qərar verməyib.

Daha əvvəl yarımmüdafiəçi ilə PSJ və “Barselona”nın maraqlandığı bildirilirdi.

2022/23 mövsümündə Silva 54 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43