22 İyul 2026
Dünya futbolu

“Neftçi”dən Rusiyada keçiriləcək turnirlə bağlı açıqlama

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev Rusiya mətbuatına komandanın Sankt-Peterburqda yoldaşlıq turnirində iştirakı ilə bağlı sualı cavablandırıb.

İdmanxeber.az-ın məlumatına görə, hazırda Rusiya höküməti “Vaqner” silahlı qruplaşmasının ölkədə hərbi çevriliş etmək istədiyini bildirib. Belə olan halda paytaxt təmsilçisinin sözügedən ölkədəki “Matç TV” beynəlxalq yoldaşlıq turnirdində çıxış edib-etməyəcəyi müzakirə mövzusuna çevrilib.

Məsələ ilə bağlı Allahverdiyev Rusiyanın “Sport – Ekspress” nəşrinə bunları deyib

“Sankt-Peterburqda keçiriləcək yoldaşlıq turnirində iştirak edib-etməyəcəyimizi hələ bilmirik. Turnirin təşkilatçıları ilə yaxın vaxtlarda danışacağıq. Bundan sonra klub yekun qərarı verəcək”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43