“Barselona”nın vingeri Rafinya İspaniya Kubokunun yarımfinal mərhələsində “Atletiko” ilə keçiriləcək cavab oyunu ərəfəsində azarkeşlərə müraciət edib.
İdmanxeber.az-ın məlumatına görə, braziliyalı futbolçu sosial şəbəkədə paylaşımında yazıb:
“1 faiz ehtimal, 99 faiz inam. Biz sizə güvənirik”.
Qarşılaşma bu gün – 3 mart tarixində “Kamp Nou” stadionunda keçiriləcək və saat 23:00-da start götürəcək. Komandalar arasında ilk oyun fevralın 12-də Madriddə, “Metropolitano” stadionunda baş tutmuşdu. Həmin görüşdə “Atletiko” 4:0 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, bu matçda “Barselona”nın hücumçusu Robert Levandowski zədə səbəbindən komandaya kömək edə bilməyəcək.

