11 İyun 2026
Dünya futbolu

Braziliya klubu Felipe Luislə yolları ayırdı

Braziliyanın “Flamenqo” klubu baş məşqçi Filipe Luislə yollarını ayırıb.

İdmanxeber.az-ın məlumatına görə, qərar Karioka Liqasında “Madureyra” ilə oyundan əvvəl qəbul edilib. Həmin görüşdə Rio təmsilçisi 8:0 hesablı qələbə qazansa da, matçdan sonra mütəxəssisin istefası rəsmiləşib.

2024-cü ildən komandaya rəhbərlik edən Filipe Luis “Flamenqo” ilə Libertadores Kubokunu, Braziliya Kubokunu və Superkuboku qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43