Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin cavab matçlarına start veriləcək.
İdmanxeber.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçiriləcək. “Zirə” öz meydanında “Sumqayıt”ı qəbul edəcək.
Ev sahibi komandada oyun öncəsi bir itki var. İbrahim Konate zədə səbəbindən meydana çıxa bilməyəcək.
“Sumqayıt” isə matçda iki futbolçudan yararlana bilməyəcək. Zədəli Roi Kehat və Ronaldo meydana çıxa bilməyəcək.
Xatırladaq ki, “Zirə” – “Sumqayıt” qarşılaşması saat 19:00-da start götürəcək.

