“Yuventus” futbolçusu Klaudio Markizio ilə müqaviləni yeniləyib.
İdmanxeber.com-un məlumatına görə, İtaliya millisinin də şərəfini qoruyan 29 yaşlı futbolçu 2018/2019 mövsümünün sonuna qədər Turin klubunun uğurları üçün çalışacaq.
Qeyd edək ki, Markizio bu mövsüm oynadığı 29 matçda iki qol vurub.

