Premyer Liqanın VIII turu çərçivəsində “İnter”ə uduzan “Xəzər Lənkəran”ın baş məşqçisi Con Toşak oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Uelsli mütəxəssis minimal (0:1) hesablı yenilgi haqda bunları deyib:
“Erkən qol “hədiyyə”si etdik. Hesabda geri düşdükdən sonra isə rəqib qapısına doğru hər tərəfdən hücumlar təşkil etsək də cəhdlərimiz bir nəticə vermədi. “İnter” erkən qol vurub müdafiəyə qapandı. İstədiyimiz oyunu göstərə bilmədik, meydança bərbad vəziyyətdə idi”.