Son 3 mövsümün çempionu “Neftçi” Premyer Liqanın IX turu çərçivəsində “Qəbələ” ilə vacib matçda Bruno Bertuççinin xidmətindən istifadə edə biləcək.
Bunu idmanxeber.com-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə deyib.
“Qarabağ”la oyunda ikili mübarizədə toqquşan braziliyalı futbolçu özü isə açıqlamasında hər şeyin normal olduğunu bildirib:
“Həmin anda ağrı olsa da, indi hər şey qaydasındadı. Təbii ki, toqquşma anında dözmək çətin olur. İndi hər şey normaldı”.
Qeyd edək ki, “Qəbələ” – “Neftçi” matçı oktyabrın 4-ü, saat 16:00-da keçiriləcək.