Dekabrın 18-də AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək. Saat 11:00-da başlayacaq iclasın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
1. Azərbaycan milli komandasının baş məşqçisi məsələsinin müzakirəsi
2. UEFA yarışlarında və Topaz Premyer Liqasında iştirak üçün lisenziya almaq istəyən klublarda fiziki hazırlıq üzrə məşqçinin olmasının lisenziyalaşdırma prosesində A dərəcəli meyar kimi qəbul olunması
3. AFFA-nın təşkil etdiyi uşaq və yeniyetmə liqaları ilə bağlı yeni təkliflərin müzakirəsi
4. Digər məsələlər