27 Dekabr 2024
Ölkə futbolu

“Əskişəhərspor” futbolçusunu “Xəzər Lənkəran”a satmağa hazırdı

Türkiyənin “Əskişəhərspor” klubu ciddi maliyyə çətinlikləri ilə üzləşib. Bu səbəbdən böyük məbləğdə məvacib alan bəzi oyunçuların satılacağı gözlənilir. Komandanın aparıcı futbolçusu Necati Atəşin adı “Xəzər Lənkəran”la yanaşı hallanır.

Bu barədə açıqlama verən komandanın baş məşqçisi Ərtuğrul Sağlam bunları deyib:

"Klubun maddi durumu ortadadır. Bu şərtlərdə transfer etmək imkanımız yoxdur. Əlində olan futbolçulara çətinliklə maaş verən klubun kənardan oyunçu alması düzgün deyil”.

"Azarkeşlərimiz hər şeyi olduğu kimi bilsin, komandadan çox böyük uğurlar gözləməsinlər. Əlimizdəki futbolçuları itirməmək üçün dua edək”.

“Necati Atəşə üçün hələlik rəsmi təklif almamışıq. Dəyəri ödənildikdən sonra satılmayacaq futbolçumuz yoxdur”.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43