Yenidən “Xəzər Lənkəran”a dönəcəyi gözlənilən Mirça Rednik Belçika klubları ilə danışıqları dondurub.
İdmanxeber.com-un məlumatına görə, rumıniyalı mütəxəssis “Xəzər Lənkəran”la danışıqların hələ də davam etdiyini və şifahi razılıq əldə edildiyini bildirib. Təcübəli mütəxəssis azçıqlamasında:
“Xəzər Lənkəran”la şifahi razılıq olub. Buna görə də, Belçika klubları ilə danışıqları dayandırmışam”.
Rumın mütəxəssis “Xəzər Lənkəran”la şifahi razılığa gəlsə də, hələ ki, rəsmi müqaviləyə qol çəkməyib.