Uruqvay millisinin üzvü Luis Suares məşqdə zədələnib.
İdmanxeber.com-un məlumatına görə, meniskidən xəsarət alan futbolçu əməliyyat olunacaq. Suares özü dünya çempionatına qədər sağalacağına ümid edir.
Qeyd edək ki, bu cür əməliyyatlardan sonra adətən futbolçular 4-6 həftə bərpa prosesi keçirlər. Odur ki, Suaresin mundialın qrup mərhələsini buraxma ehtimalı böyükdür.