"Qəbələ" klubunun futbolçusu Marat İzmaylov yenidən "Porto"ya qayıdır.
İdmanxeber.com-un məlumatına görə, bu barədə Portuqaliya mətbuatı xəbər yayıb.
Rusiyalı futbolçunun müqavilə ilə məxsus olduğu klubun 12-19 iyul tarixində keçiriləcək toplantısında iştirak edəcəyi bildirilir.
Qeyd edək ki, 31 yaşlı futbolçu bu ilin əvvəlindən icarə əsasında "Qəbələ"də çıxış edir.