27 Dekabr 2024
Kateqoriyasız

İbrahimoviçin Azərbaycandakı qanunsuz əməlləri – Yalanlar üzə çıxdı – FOTO

İsveç millisinin və PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin Azərbaycana səfərini başa vurub.
Futbolçu artıq ölkəsinə qayıtsa da, onun Azərbaycana gəliş səbəbləri ətrafında söz-söhbətlər səngimək bilmir. İbrahimoviçin ölkəmizə gəldiyi ilk gün onun səfərinin ov məqsədi daşıdığı barədə xəbərlər yayılsa da, bu, təkzib edilmişdi. 
Azərbaycan Beynəlxalq Ov Həvəskarları Klubun rəhbərlərindən olan Faiq Babanlı mətbuata açıqlama verərək, onu Bakıya özünün dəvət etdiyini və ölkəmizlə tanış etmək istədiklərini demişdi. Babanlı İbranın ov həvəskarı olmadığını da vurğulayaraq, bu informasiyaları şayiə adlandırmışdı. İbrahimoviç özü isə Türkiyənin “Milliyyet” qəzetinə açıqlamasında Azərbaycana qolf oynamaq üçün gəldiyini demişdi. 
Bu gün isə sosial şəbəkələrdə İbrahimoviçin ov etdiyi yerdə çəkilmiş şəkilləri yayılıb. Şəkildə futbolçunun dağ keçisi ovladığı görünür. 
AzNews.az-ın əməkdaşı məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məsələnin nazirliyin diqqətində olduğunu, bununla bağlı araşdırma aparıldığını bildirib. 
Nazirliyin məsələ ilə bağlı açıqlamasını təqdim edəcəyik.

Məlumat üçün bildirək ki, İbrahimoviç ov etməyi çox sevir və 5 ildir ki, onun ovçuluq lisenziyası var. Bundan əlavə, o, 2014-cü ildə yeni il tətilini ölkəsi İsveçdə keçirən zaman maral vurması ilə diqqət çəkmişdi. Heyvan haqqları dərnəkləri ulduz oyunçuya qarşı kəskin reaksiya göstərmişdi. İsveç Heyvan Haqqları Birliyi İbrahimoviç kimi məşhur birinin ovçuluq fəaliyyətlərini dəstəkləməsinin düzgün olmadığını bildirmişdi. 




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43