27 Dekabr 2024
Kateqoriyasız

CAS “Xəzər Lənkəran”ın şikayətinə bu tarixdə baxacaq – AÇIQLAMA

“CAS (İdman Arbitirak məhkəməsi) iyun ayının 20-sinə kimi qərarını açıqlamalıdı. Bu vaxtda bilinəcək ki, “Xəzər Lənkəran”a qoyulmuş transfer qadağası aradan qaldırılacaq, ya yox”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

Klub rəsmisi bildirib ki, istənilən qərar komandanın növbəti mövsüm üçün iddialı olmasına mane ola bilməz:

“Bu gün istənilən halda futbolçu transfer etməyin müxtəlif yolları var. Biz bu məsələdə haqlıyıq. Yox əgər qərar əleyhimizə olarsa o zaman azad agent statusuna malik futbolçuları heyətimizə qatacağıq. İstənilən halda veriləcək qərar yeni mövsümlə bağlı planlarımıza mane ola bilməyəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43