02 İyul 2026
Kateqoriyasız

Millimizin üzvü İspaniyada növbəti oyununa çıxdı

İspaniyanın ikinci liqasında 30-cu turun oyunları keçirilib.

İdmanxeber.com-un məlumatına görə, millimizin yarımmüdafiəçisi Eddi İsrafilovun komandası – “Kordoba”  səfərdə “Numansiya” ilə qarşılaşıb. Matç heç-heçə başa çatıb – 1:1. Eddi bu dəfə də start heyətdə meydana çıxıb və 83-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Kordoba” geridə qalan turlarda topladığı 47 xalla 22 komanda arasında dördüncü pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43