Futzal üzrə dünya çempionatına vəsiqə uğrunda Hollandiya və Azərbaycan yığmaları arasında keçiriləcək ilk pley-off matçının hakim təyinatları açıqlanıb.
İdmanxeber.com-un məlumatına görə, qarşılaşmanı Andrey Çernı (Çexiya) və Sedrik Pelissye (Fransa) idarə edəcək.
Qeyd edək ki, matç Almere şəhərində keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

