Ermənilərin 1918-ci il martın 31-də azərbaycanlılara qarşı törətdiyi soyqırımından 98 il ötür. Sovet hakimiyyəti dövründə uzun illər bu qətliamın üstündən sükutla keçilsə də, Azərbaycan müstəqillik qazandıqdan sonra hadisələr öz siyasi qiymətini aldı və 1998-ci ildən 31 mart azərbaycanlıların soyqırım günü kimi qeyd edilir.
Nə qədər acı olsa da, 31 mart soyqırımını unudan klublarımız da oldu.
İdmanxeber.com-un məlumatına görə, "Xəzər Lənkəran", "Sumqayıt", "Qarabağ", "Neftçi", "İnter" və "Zirə" kimi komandalar rəsmi saytlarında, sosial şəbəkələrdəki ünvanlarında soyqırım haqqında azarkeşlərə məlumat verib, xalqımıza başsağlıqı verməyi unutmayıblar.
Lakin bu ağrılı-acılı günü unudan klublarımız da az olmadı. "Qəbələ", "Rəvan", "Kəpəz", AZAL kimi klublar nə rəsmi saytları, nə də sosial şəbəkələrdəki rəsmi ünvanlarında bir dənə də olsun paylaşım etməyiblər.

