23 İyul 2026
Kateqoriyasız

Birinci divizion tarixində ilk

Futbol üzrə Azərbaycan birinci divizionda çempionatın sonuna 1 tur qalmış qızıl medalları təmin edən “Neftçala” ölkə futbolu tarixinə düşüb.Kor

İdmanxeber.com-un PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, əyalət klubu aşağı divizionda 2 dəfə qalib adını qazanan ilk və yeganə komandadır.

1992-ci ildən keçirilən yarışda indiyədək 21 dəfə çempion müəyyənləşib. Bu titula 20 komanda layiq görülüb. Ötən il çempion olub, Premyer Liqaya çıxış üçün lisenziya ala bilməyən neftçalalılar yenidən mübarizə apardığı I divizionda titulunu qoruya bilib. Onlara qədər fasilələrlə də aşağı dəstədə çıxış edənlərin heç biri iki çempionluq qazanmayıb.

Xatırladaq ki, 1993/94 mövsümündə I dəstə 3 qrupda keçirilib və final mərhələsi iki “üçlük”də baş tutub. Amma bu mərhələnin qalibi olan “Zabrat” (Bakı) ilə “Azneftyağ” (Bakı) arasında çempionluq uğrunda matç keçirilməyib. 1997/98 və 1998/99 mövsümlərində ümumiyyətlə I dəstə olmayıbsa, 2002/03 mövsümündə Azərbaycanda çempionat baş tutmayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43