22 İyul 2026
Dünyadan

Çempionlar Liqasının finalı ingilislərə tapşırıldı

Çempionlar Liqasının final oyunu üçün hakim təyinatları açıqlanıb. 

İdmanxeber.com-un məlumatına görə, “Atletiko” və “Real” arasında keçiriləcək görüşün hakimi ingilis Mark Klattenburqdur. Ona Saymon Bek və Ceyk Kollin kömək edəcəklər. 

Qapı arxasındakı hakimlər Entoni Teylor və Andre Marriner olacaq. Həlledici qarşılaşmanın dördüncü hakimi funksiyasını macar Viktor Keşşon yerinə yetirəcək.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43