22 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi”nin qəniminə UEFA-dan ağır cəza

UEFA son Albaniya çempionu “Skenderbeu”nu 1 il müddətinə avrokuboklardan kənarlaşdırıb.

İdmanxeber.com-un məlumatına görə, buna səbəb Korçe təmsilçisinin danışılmış oyunlarda iştirakı olub.

Klub rəhbərliyi qərarla bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcəklərini qeyd ediblər.

Qeyd edək ki, “Skenderbeu” Çempionlar Liqasının 2013/14 mövsümünün 2-ci təsnifat mərhələsində “Neftçi”ni mübarizədən kənarlaşdırmışdı.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43