22 Oktyabr 2024
Kateqoriyasız

“Braziliyaya qayıtmağı arzu edirdim” – Dodo

“Joinvill” mənim üçün yeni futbol təcrübəsi olacaq. Braziliyaya qayıtmağı çoxdan arzulayırdım”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Qəbələ”nin sabiq kapitanı Luis Hilario Dodo deyib.

Braziliyalı yarımmüdafiəçi ölkəsinin B seriyasında çıxış edən “Joinvill” klubu ilə müqavilə bağlayıb. Dünən isə ikinci liqa təmsilçisi Dodonun təqdimat mərasimini keçirib.

Dodo Braziliyaya qayıtmaqdan məmnunluğunu dilə gətirib:

“Son illərdə Avropa ölkələrində oynadım. Amma idmançı kimi Braziliyada yetişmişəm. Hələ də öyrənəcəyim şeylər var. Braziliyaya qayıtdığım üçün şadam. “Joinvill” rəhbərliyi klubun qapılarını mənim və ailəmin üzünə açdı”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43