23 Oktyabr 2024
Kateqoriyasız

Türkiyə yığmasına ŞAD xəbər

Çexiya millisinin yarımmüdafiəçisi Tomaş Rositski zədələnib

İdmanxeber.com-un məlumatına görə, Xorvatiya ilə oyunda (2:2) zədə alan 35 yaşlı futbolçu Türkiyəyə qarşı görüşdə iştirak etməyəcək. Bu barədə danışan Rositski deyib:

“Bilirdim ki, Xorvatiya ilə görüşdə bizə xal qazanmaq lazımdır. Ona görə də meydanda maksimum gücümü ortaya qoydum. Təəssüf ki, bu heç-heçə mənə baha başa gəldi. İnanıram ki, komanda yoldaşlarım Türkiyə ilə görüşdə keyfiyyətli oyun sərgiləyəcək. Ancaq mən bu matçda iştirak etməyəcəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43