22 Oktyabr 2024
Kateqoriyasız

Möcüzə baş versə, Türkiyənin növbəti mərhələdə rəqibi kim olacaq?

“Avro-2016”ya pis başlayan və hər iki oyunu uduzmasına baxmayaraq Türkiyə milli komandası yarışda mübarizəni davam etdirmək şansını hələ də saxlayır.

İdmanxeber.com-un məlumatına görə, Farih Terimin komandası ən yaxşı qrup üçüncüsü olacaq 4 komandadan biri kimi 1/8 finala vəsiqə qazana bilər. 

Bunun üçün türkərin ilk növbədə bu gün çexlərlə qrupdakı son oyunda iki top fərqi ilə qalib gəlməsi mütləqdir. Yalnız bu halda Türkiyə 3 xal toplayacaq, qol nisbəti -2 olacaq və onlar A qrupunun üçüncüsü olan və top nisbəti -2 olan albanlara çatacaq. Yarışda 2 qol vurduğu üçün albanları üstələyəcək (albanlar qrupda cəmi 1 qol vurub), amma bu da son deyil. Türklərin “xoşbəxt dördlüyə” düşməsi üçün E qrupundakı iki matçın nəticələri də xüsusi əhəmiyyət daşıyır. Bunun üçün qrup birincisi və artıq 1/8 finala vəsiqəni təmin edən İtaliya 1 xalı olan İrlandiyaya, 3 xalla ikinci olan Belçika isə 1 xalı olan digər komanda – İsveçə uduzmamalıdır.

“Ay-ulduzlular” növbəti mərhələyə adlasa, ya meydan sahibi Fransa, ya da Uelslə qarşılaşcaq.

Fatih Terimin yetirmələri Fransa ilə qarşılaşmaq üçün ən yaxşı qrup üçüncüləri aşağıdakı sıralama ilə olmalıdı:

A B D E (Albaniya, Slovakiya, Türkiyə, İsveç ya da İrlandiya)

A B D F (Albaniya, Slovakiya, Türkiyə və F qrupundan hər hansı bir komanda)

Türkiyənin Uelslə qarşılaşması üçün isə ən yaxşı qrup üçüncüləri aşağıdakı sıralama ilə olmalıdı:

A B C D (Albaniya, Slovakiya, Şimali İrlandiya, Türkiyə)

B C D E (Slovakiya, Şimali İrlandiya, Türkiyə, İsveç və ya İrlandiya)



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43