Ukrayna çempionatında 6-cı tur başa çatıb.
İdmanxeber.com-un məlumatına görə, milli komandamızın üzvü Pavel Paşayevin formasını geydiyi “Stal” öz meydanında “Şaxtyor”la qarşılaşıb.
Görüş donetsklilərin minimalhesablı qələbəsi ilə başa çatıb. Paşayevin 90 dəqiqə meydanda olduğu matçın yeganə qoluna 78-ci dəqiqədə Ferreyra imza atıb.
Qeyd edək ki, 6 oyundan sonra hesabında 5 xal olan Paşayevin komandası turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.