24 İyul 2026
Ölkə futbolu

“Neftçi”də yeni baş məşqçi – RƏSMİ

"Neftçi” klubu ukraynalı məşqçi Aleksandr Deriberin ilə müqavilə bağlayıb.

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis mövsümün sonuna qədər əsas komandanın məşqçisi vəzifəsində işləyəcək. 

Aleksandr Deriberin 1967-ci il fevralın 25-də Maykop şəhərində anadan olub. Futbolçu karyerası ərzində “Drujba” Maykop (1985-1989, 1992-1993), “Spartak” Anapa (1990), “Ximik” Beloreçensk (1991) və “Etalon” (1991) klublarının şərəfini qoruyub. Ukraynanın “Nafkom” (2005-2007), “Zvezda” Kirovoqrad (2010-2011) və “Desna” (2011-2012) klublarında baş məşqçi vəzifəsini yerinə yetirib. Köməkçi məşqçi kimi isə “Niva” (2004-2005) və Ukrayna U-17 milli komandasında (2004-2006, 2008-2010) işləyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43