Dünyadan

Erməni futbolçu “Beşiktaş”dan ayrılır

Ermənistan millisinin üzvü Araz Ozbiliz “Beşiktaş”ı tərk etməyə hazırlaşır.26 yaşlı yarımmüdafiəçi qışda Rusiyanın “Terek” kluba keçməyi düşünür.

İdmanxeber.com xəbər verir ki, ayrılığa səbəb Ozbilizin “Beşiktaş”da oynamaq şansı əldə edə bilməməsidir. Erməni futbolçu sadəcə bir matçda – açılış turunda “Antalyaspor”a qarşı forma geyinib.

Qeyd edək ki, Moskva “Spartak”ın transfer edilən futbolçu, ötən mövsüm icarə əsasında İspaniyanın “Rayo Vallekano” klubunda çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43