2024-cü il Olimpiya Oyunlarının Parisdə keçirilməsi demək dəqiqləşib.
İdmanxeber.com-un xarici KİV-lərə istinadən yaydığı məlumata görə, buna səbəb digər namizəd şəhər Los Ancelesin müraciəti olub.
Los Ancelesin Olimpiya və Paralimpiya Namizəd Komitəsi daha uzunmüddətli planları olduğunu əsas gətirərək təşkilatçılığı 2028-ci ildə etmək istəyiblər. Buna görə də ev sahibliyi üçün namizəd yalnız Paris qalıb.
Qeyd edək ki, Olimpiada-2024-ün ev sahibi bu il sentyabrın 13-də BOK-un Limadakı sessiyasında rəsmi elan olunacaq.
Olimpiada – 2024-ün ev sahibi müəyyənləşdi
İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

