Dünya futbolu

“Mançester Yunayted” “Çelsi”nin futbolçusunu transfer etdi

“Çelsi”nin yarımmüdafiəçisi Nemanya Matiç “Mançester Yunayted”ə transferi rəsmiləşib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə məlumatı “qırmızı şeytanlar”ın rəsmi saytı yayıb. Bu keçid “Mançester Yunayted”ə 40 milyon funt sterlinqə başa gəlib. Matiçlə 3+1 illik şərti ilə müqavilə bağlanıb.

Qeyd edək ki, 28 yaşlı serbiyalı futbolçu “Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyo ilə “Çelsi”də işlədiyi vaxtda birgə çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43