"Kəpəz"in cari mövsüm I dövrənin ev oyunlarını Yevlax şəhər stadionunda keçirəcəyi ilə bağlı xəbər vermişdik.
İdmanxeber.com-un məlumatına görə, stadionda bir çox təmizlik işləri yekunlaşıb, stadionun ot örtüyünün suvarmasına başlanılıb.
Avqust ayının 20-si Azərbaycan Premyer Liqasının II turu çərçivəsində Gəncə klubu 2Zirə"ni məhz bu stadionda qəbul edəcək.
QEYD: Fotolar İdmanxeber.com saytına məxsusdu!














