28 İyul 2026
Ölkə futbolu

“Qarabağ”dan növbəti rəsmi transfer!

“Qarabağ” növbəti transferini reallaşdırıb. Ağdam klubu qapı xəttini gücləndirib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə “süvarilər”in rəsmi Feysbuk səhifəsi məlumat yayıb. Bildirilir ki, “Qarabağ” Vaqner da Silvanı heyətinə cəlb edib. Braziliyalı qolkiperlə müqavilənin müddəti barədə məlumaq verilməyib.

Son olaraq icarə əsasında Portuqaliyanın “Boavişta” klubunda çıxış edən 32 yaşlı Vaqner karyerası ərzində bu ölkədə “Eştoril”, həmçinin Belçikada “Muskron”, vətəni Braziliyada “Atletiko Paranaense”, “İtuano” və “Desportivo Brazil”in formasını geyinib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43